Dayanma-durmaya görə gündə yalnız bir dəfə cərimə yazıla bilər

İQTİSADİYYAT
12:26
22 Yanvar 2021
69

Dayanma və durma qaydalarının pozulmasına görə eyni inzibati xətanın törədilməsinə məsul şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb olunmayacaq.

Sabah.az xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə dəyişiklik edilməsi təklif edilir.

Təklif edilir ki, bu məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarının pozulmasına görə eyni inzibati xətanın törədilməsinə görə şəxs gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti