İki futbolçumuz Tailand klubuna keçdi

İDMAN
20:46
4 Fevral 2020
52

Azərbaycanlı futbolçular Anar Babayev və Kamil Hüseynov karyerasını Tailandda davam etdirəcək.

Sabah.az xəbər verir ki, onlar aşağı liqada mübarizə aparan “Muanqnont Bankunmae” klubuna transfer olunub. Bu barədə klubun saytı xəbər yayıb.
 
Hər iki futbolçu ilə bir illik sözləşmə imzalanıb. Anar Babayev daha əvvəl də Tailand klubunda çıxış edib. O, “Sinqburi Banqrajun”un şərəfini qoruyub.

Xatırladaq ki, bir müddət əvvəl "Keşlə"nin sabiq futbolçusu Məmməd Quliyev də Tailandın “Kamhenqphet” klubuna keçmişdi. 

Xəbər lenti