Buz səbəbindən aeroport yolunda 2 qəza oldu - Foto

HADİSƏ
09:15
22 Yanvar 2021
73

Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.

Sabah.az xəbər verir ki, bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb.

Qeyd edilib ki, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib: “Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq, bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik”.

Xəbər lenti