Müharibədə yaralanan DİN-in çavuşu bu gün şəhid oldu

ÖLKƏ
17:40
21 Yanvar 2021
144

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə şəhid olub.

Sabah.az xəbər verir ki, o, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucalıb.

Şəhidimizlə vida mərasimində Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

Xəbər lenti