19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

ÖLKƏ
16:07
21 Yanvar 2021
78

Xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Sabah.az xəbər verir ki, bu barədə Hərbi Prokuror Xanlar Vəliyev kollegiya iclasında bildirib.

O qeyd edib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.

Xəbər lenti