Cəbrayıl-Füzuli istiqamətində şəhid olan çavuş - Foto

GÜNDƏM
15:27
21 Yanvar 2021
261

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Süleymanov Rauf Allahverdi oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Sabah.az-a verilən məlumata görə, R.Süleymanov 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində doğulub.

5 oktyabr 2020-ci ildə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti