İçərişəhərdəki xüsusi geyimlilər haqda rəsmi məlumat

GÜNDƏM
15:12
2 Mart 2020
236

Nazirlər Kabineti yanında operativ qərargah dünən sosial şəbəkələrdə yayılmış xüsusi geyimdə olan həkimlərin İçərişəhər metrostansiyası yaxınlığında görünməsini əks etdirən video ilə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, videomaterial vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında, xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib.

Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Xəbər lenti