Ötən il ən çox qeydə alınan xəstəliklər açıqlandı

XƏBƏR
13:05
21 Yanvar 2021
54

Dövlət Statistika Komitəsi ötən il qeydə alınmış xəstəliklərin siyahısını açıqlayıb.

Sabah.az Komitənin saytına istinadən xəbər verir ki, ötən il qeydə alınmış xəstəliklər arasında  tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.