Azərbaycanda ötən il doğulan körpələrin sayı açıqlandı

ÖLKƏ
10:15
21 Yanvar 2021
98

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Xəbər lenti