Bakıya qar yağır

ÖLKƏ
09:42
21 Yanvar 2021
63

Bakıda bir neçə gündür proqnozu verilən qarlı hava şəraiti müşahidə edilir.

Sabah.az xəbər verir ki, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında qar yağır.

Hazırda havanın temperaturu paytaxt və ətraf Bakı kəndlərində 0-4 dərəcə arasında dəyişir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Xəbər lenti