Bu ölkə Bakıya uçuşlarla bağlı qərar verdi

İQTİSADİYYAT
14:22
2 Mart 2020
209

Qazaxıstan martın 5-dən etibarən Azərbaycan da daxil olmaqla koronavirus infeksiyası hallarının qeydə alındığı ölkələrə aviareyslərin sayını azaldacaq.

Sabah.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev hökumətin iclasında bildirib.

"Martın 5-dən etibarən Nur-Sultan - Bakı reysi dayandırılacaq. Almatı-Bakı reysi beşdən birə, Aktau-Bakı reysi yeddidən birə endirilir. Nur-Sultan - Tokio aviareysi isə ikidən birə endiriləcək", - Berik Kamaliyev vurğulayıb.

O vurğulayıb ki, martın 1-dən biletləri olan sərnişinlər biletləri aldıqları yerlərə qaytara və ödədikləri pulu tam həcmdə geri ala bilərlər.

Həmçinin, hökumətin keçirdiyi iclas zamanı Qazaxıstanın Baş nazirinin müavini Eral Lukpanov bildirib ki, koronavirusun yayılması ilə bağlı bir sıra xarici işçi qüvvəsinin cəlb edilməsi üçün icazələrin verilməsi dayandırılıb.

"Birinci və ikinci kateqoriyalı ölkələr üçün xarici işçi qüvvəsi cəlb etmək üçün icazələrin verilməsi dayandırılıb", - deyə Lukpanov vurğulayıb.

Bu kateqoriyaya isə aşağıdakı ölkələr daxildir: "Çin, İran, Honkonq, Cənubi Koreya, Yaponiya, İtaliya, Sinqapur, Tailand və Azərbaycan".

Xəbər lenti