Şuşa uğrunda döyüşlərdə şəhid olan çavuş... - Foto

GÜNDƏM
15:08
20 Yanvar 2021
232

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Mirzəyev Orxan Mehman oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Sabah.az-a verilən məlumata görə, O.Mirzəyev 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.

7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti