Bakıda maşın piyadanı vurub öldürdü

HADİSƏ
14:10
20 Yanvar 2021
67

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, hadisə yanvarın 19-u saat 21:00 radələrində baş verib.

Paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Abduyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Zeynallını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti