Fransa səfirindən 20 Yanvar paylaşımı

XƏBƏR
13:37
20 Yanvar 2021
42

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

Sabah.az xəbər verir ki, səfirin tvitter paylaşımında deyilir:

“1990-cı ilin bu günü Sovet qoşunları Bakıda əhalini atəşə tutdu. 130-dan çox dinc nümayişçi və və sadə vətəndaşlar öldürüldü.

Heç iki il keçmədən Azərbaycan öz müstəqilliyini bəyan etdi”.

Xəbər lenti