“Qərənfillər bu gün Xarıbülbüllə birlikdə açır” - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı duyğularını bölüşüb.
Sabah.az xəbər verir ki, Türkiyə XİN rəhbərinin tvitter paylaşımında deyilir:
“20 Yanvar 1990-cı ildə Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaş və bacılarımızı rəhmətlə anırıq. Şəhidlərin simvolu olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan Xarıbülbüllə birlikdə açır.
Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”
Daha çox