"Zəfər savaşından sonra şəhidlərimizi qürur hissi ilə anırıq"

ÖLKƏ
10:14
20 Yanvar 2021
54

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi tvitter hesabında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib.

Sabah.az xəbər verir ki, paylaşımda deyilir:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 Yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq. Şəhidlərimizin ruhu şaddır. Allah rəhmət eləsin!".

Xəbər lenti