Daha 7 erməni hərbçinin meyiti tapıldı

XƏBƏR
12:54
19 Yanvar 2021
44

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 7 erməni hərbçinin meyiti tapılıb.

Sabah.az “armeniasputnik”ə istinadən xəbər verir ki, cəsədlər Hadrut və Cəbrayıl ərazilərində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 246-ya yüksəlib.

Hazırda axtarış işləri Xocavənd, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində axtarış işləri davam edir. Axtarış işlərində ölənlərin yaxınları, könüllülər və ərazini tanıyan şəxslər iştirak edir.

Xəbər lenti