Ölkəmizdə vurulan vaksin koronavirusun yeni ştammı üçün də təsirlidir?

ÖLKƏ
09:26
19 Yanvar 2021
52

"Koronavirusun mutasiya olunmuş ştammı hələ ölkəmizdə aşkarlanmayıb, amma aşkarlanacağı təqdirdə əlavə tədbir görüləcək."

Sabah.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Xəzər xəbər”ə müsahibəsində deyib.

R.Bayramlı əlavə edib ki, ölkəyə gələn bütün şəxslərin COVID-19 testindən keçməsi mutasiya olunmuş ştammların ölkəyə keçməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Onun sözlərinə görə, hazırda ölkəmizdə istifadə edilən vaksin koronavirun yeni ştammı üçün də təsirlidir:

“Əksər vaksin istehsalçıları vaksin vurulduqdan sonra analiz edib baxıblar ki, vaksinlər bu virus üçün tam təsirlidir”.

R.Bayramlı qeyd edib ki, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır. Ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.

Xəbər lenti