Məktəblərin bağlanması gözlənilir? - Rəsmi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisi məktəblərin koronavirus təhlükəsi ilə əlaqədar bağlanıb-bağlanmayacağı haqda sualı cavablandırıb.
Sabah.az xəbər verir ki, İdarənin müdir müavini İlhamə Abdullayeva mətbuat konfransında deyib ki, bu günlərdə onlara ən çox daxil olan sual da məhz təhsil müəssisələrinin bağlanılması ilə əlaqədardır:
"Hələlik bu barədə heç bir qərar verilməyib. Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə ilk növbədə mətbuat məlumatlandırılacaq".
Məsələnin ilk gündən diqqət mərkəzində olduğunu bildirən Cəsarət Valehov da qeyd edib ki, hələ ki, ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bağlanılması ilə bağlı hər hansı qərar qəbul olunmayıb.
Daha çox