AzTV ötən il 5 min manat cərimələnib

İQTİSADİYYAT
16:03
18 Yanvar 2021
55

Milli Televiziya və Radio Şurasının müraciəti əsasında ötən il AzTV 5000 manat məbləğində cərimələnib.

Sabah.az xəbər verir ki, bu  barədə şuranın 2020- ci il hesabatında qeyd olunub.

Bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində  8 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.

Xəbər lenti