“Bəyanatda status məsələsi şüurlu şəkildə qeyd olunmayıb”

GÜNDƏM
14:53
18 Yanvar 2021
52

“Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr üçtərəfli bəyanatında şüurlu şəkildə qeyd olunmayıb”.

Sabah.az xəbər verir ki, bu barədə Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlamasında bildirib. O qeyd edib ki, status problemi mübahisəli olduğundan bu məsələnin gələcəyə buraxılmasına qərar verilib.

Lavrov bildirib ki, bu məsələ ilə yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcək olan ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olmalıdırlar.

“Sülhməramlı missiyanın yerləşdiyi ərazi sülhməramlı kontingentin məsuliyyət zonasıdır. Bakı və İrəvan ilə təmaslarımızda biz bu nöqteyi-nəzərdən çıxış edirik. İndi nəqliyyat kommunikasiyalarının təşkili və humanitar yardımın təfərrüatları üzərində işlənilir”, - deyə Lavrov qeyd edib.

 

Xəbər lenti