“Rusiyanın Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur” - Lavrov
“Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb, o cümlədən Ermənistan özü tanımayıb. Bizim də tanımaq fikrimiz yoxdur”.
Sabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı hər hansı bir fikir olmayıb və Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır.
Daha çox