Ermənistan parlamenti üçtərəfli bəyanatın qanuniliyini müzakirə etməyəcək
Ermənistan parlamenti bu gün keçirdiyi iclasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9-10 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsini gündəliyə salmaqdan imtina edib.
Sabah.az xəbər verir ki, layihə “Maariflənmiş Ermənistan” fraksiyasının təşəbbüsü ilə təklif edilsə də, parlament səs çoxluğu ilə onu rədd edib.
“Maariflənmiş Ermənistan” fraksiyasının üzvü Taron Simonyan layihənin iki ay əvvəl parlamentə təqdim edildiyini, lakin sonra deputatların əksəriyyətinin iclasa gəlmədiyini bildirib. Bəyanatın əksər bəndlərinin artıq tətbiq olunduğu da qeyd edib: “Sənəddə müzakirə olunmayan yalnız bir bənd qalıb və indi nəzərdən keçiririk. Söhbət əsirlərin qaytarılmasından gedir. İmkandan istifadə edib bu tribunadan bu məsələni qaldırmağı təklif edirəm”.
Səsvermə zamanı parlamentarilər səs çoxluğu ilə layihəni rədd ediblər.
Daha çox