Karantini pozaraq futbol oynadılar, 2 nəfər cərimələndi

XƏBƏR
12:08
18 Yanvar 2021
48

Tərtərdə karantin rejimini pozaraq futbol oynayan şəxslər müəyyən edilib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib.

Qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Xəbər lenti