Şuşada beşmərtəbəli binada yanğın oldu

HADİSƏ
11:00
18 Yanvar 2021
42

Şuşa şəhərində yanğın hadisəsi qeydə alınıb.

Sabah.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti