Koronavirus havanın təmizlənməsinə təsir edir
NASA Çində havanın kəskin şəkildə təmizləndiyini bildirib.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA bunu peykdən çəkilmiş fotolarla təsdiq edib.
Şəkillərdə Çində azot dioksidlərinin səviyyəsinin aşağı düşdüyü müşahidə edilib.
Koronavirus səbəbiylə nəqliyyat, elektrik stansiyaları və sənaye obyektlərinin istifadəsində müşahidə olunan azalma iqtisadiyyata mənfi təsirini göstərsə də hava Çinin Uhan şəhəri ətrafında təmizlənməyə başlayıb.
Daha çox