Koronavirusdan sağalan şəxslərə də vaksin vurulacaq?

GÜNDƏM
12:10
16 Yanvar 2021
149

"Sinovac" şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək".

Sabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

"Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq. Vaksin bir insana iki dozada vurulacaq. Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var",- o bildirib.

Ş.Mövsümov qeyd edib ki, virusa yoluxub sağalan insanlara vaksin vurulmur:

"Çünki onlarda artıq immunitet yaranıb. Növbəti aylarda da yoluxub sağalanlar olacaq. Bütün hallarda ehtimal edirik ki, bu bizə kifayət edəcək".