Azərbaycan yanvarın 18-də vaksinasiyaya başlayır

ÖLKƏ
11:19
16 Yanvar 2021
65

"Yanvarın 18-dən Azərbaycanda vaksinasiyaya başlanılacaq".

Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.

Koronavirus əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

1-ci mərhələ - Səhiyyə işçiləri;

65 yaşdan yuxarı şəxslər;

Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

Xəbər lenti

16:03 1 Mart 2021
15:44 1 Mart 2021
17:06 27 Fevral 2021
14:42 27 Fevral 2021
13:11 27 Fevral 2021
12:11 27 Fevral 2021