Azərbaycan dərman vasitələrinin alınmasına 10 milyon ayırdı

ÖLKƏ
10:30
2 Mart 2020
48

Baş Nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılsın.

Qeyd edək ki, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.

Xəbər lenti