Aeroport yolunda sürət həddi endirildi

XƏBƏR
09:55
2 Mart 2020
48

Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

Sabah.az xəbər verir ki, buna səbəb yağışlı hava şəraitidir.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir.

Xəbər lenti