İllər sonra Şuşaya Ali Baş Komandan kimi qayıtdı

GÜNDƏM
13:48
15 Yanvar 2021
73

Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfərində 39 il öncə həmin yerdə çəkdirdiyi fotonu nümayiş etdirib.

Sabah.az xəbər verir ki, İ.Əliyev 1982-ci il iyulun 29-da Azərbaycanın 1-ci katibi olan, ümummilli lider Heydər Əliyevlə birlikdə bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Sözügedən şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı çəkilib.

Qeyd edək ki, 1982-ci ildə İlham Əliyevin 21 yaşı var idi.

Xəbər lenti