Bakıda yol qəzası tıxac yaratdı - Foto

XƏBƏR
09:38
2 Mart 2020
46

Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə Yusif Səfərov küçəsi istiqamətində olan yolda qeydə alınıb.

Belə ki, Heydər Əliyev Mərkəzi yaxınlığında körpünün altında yük maşını aşıb.

Hazırda şəhər istiqamətində həmin hissəyədək sıxlıq müşahidə olunur.

Xəbər lenti