Azərbaycanda ən yaşlı pensiyaçının 130 yaşı var
Azərbaycanda ən yaşlı qadın və kişi pensiyaçının adları açıqlanıb.
Sabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu gün ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir. Onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır.
Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır.
Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır.
Daha çox