Ərdoğan koronavirusdan necə qorunduğunu açıqladı

XƏBƏR
20:28
4 Fevral 2020
52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən koronovirusdan qorunması haqda jurnalistlərin ünvanladığı suallara cavab verib.

Sabah.az xəbər verir ki, Ərdoğan yayılan virusla bağlı xüsusi tədbir görmədiyini bildirib:

“Mənim bir məsləhətim var. Bunu həkimlər də deyir. Hərarətinizə diqqət edin. Özünüzü soyuğa verməyin. Təbbi ki, bunlar ilk göstəricilərdir. Hər şeydən əvvəl isə özünüzə güvənin. Qidalanmağınıza diqqət yetirin. Bunla bağlı özəl qorunma üsulum yoxdur. Sadəcə, bədənimizi güclü saxlamalıyıq. Dostlarımız sağ olsunlar, arada tut bəhməzi göndərirlər. Qan yaratdığına görə hər səhər bir qaşıq tut bəhməzi qəbul edirəm”.

Xəbər lenti