Sosial şəbəkələrdə narkotiki təbliğ edənlər tutuldu - Video

XƏBƏR
14:23
14 Yanvar 2021
75

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan 2 nəfər saxlanılıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində “İnstagram” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Ayşən Atakişiyeva və  onun tanışı Kamran Cəfərli tutulub. Həmin şəxslər ifadələrində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər və əməllərindən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, bu şəxslərin yaydığı videoda guya K.Cəfərlinin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olması barədə düzgün olmayan, özündə həqiqəti əks etdirməyən qeydlər də yerləşdirilib.

Saxlanılan A.Atakişiyeva və K.Cəfərli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və qərar verilməsi üçün məhkəməyə təqdim edilib.

Xəbər lenti

17:06 27 Fevral 2021
14:42 27 Fevral 2021
13:11 27 Fevral 2021
12:11 27 Fevral 2021