Bakıda sürücü piyadanı vurub qaçdı

HADİSƏ
01:26
1 Mart 2020
54

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, “Report”un YPX əməkdaşlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçən Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.

Yaralı “99-YP-397” dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər - YPX əməkdaşları: Tahirov Musa Üzeyir oğlu və Səfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hazırda polis hadisəni törədən sürücünü axtarır.

Xəbər lenti