Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı

HADİSƏ
11:47
14 Yanvar 2021
74

Şuşa istiqamətində bir hərbçinin həlak olması  ilə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayon, Şəfəq qəsəbə sakini hərbçi - MAXE Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçimiz MAXE Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xəbər lenti

17:06 27 Fevral 2021
14:42 27 Fevral 2021
13:11 27 Fevral 2021
12:11 27 Fevral 2021