Ərdoğanla Putin Moskva görüşünü müzakirə etdi

GÜNDƏM
16:29
13 Yanvar 2021
73

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü müzakirə edib.

Sabah.az xəbər verir ki, bu barədə bu barədə məlumatı Kreml yayıb. Bildirilib ki, Putin görüşün yekunları ilə bağlı Ərdoğanı məlumatlandırıb.

Ərdoğan Putinə Rusiya Federasiyasının Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəklədiyini və Rusiya ilə Türkiyə arasında fəaliyyət koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Liderlər həmçinin atəşkəsə və Qarabağdakı bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin qurulmasını müzakirə ediblər.

Bundan əlavə iki ölkə arasında peyvəndlərin birgə istehsalı və istifadəsi üzrə əməkdaşlıq planlarının icrası da daxil olmaqla, pandemiya ilə mübarizə problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbər lenti