Kafe sahibi və müştərilər polis şöbəsinə gətirildi - Video

XƏBƏR
16:12
13 Yanvar 2021
40

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şahmar" kafesini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.

Xəbər lenti

18:00 15 Yanvar 2021
17:14 15 Yanvar 2021
13:39 15 Yanvar 2021
19:11 14 Yanvar 2021
18:09 14 Yanvar 2021
15:21 14 Yanvar 2021
13:21 14 Yanvar 2021