Həbs olunan icra başçısının oğlu prokuror köməkçisi təyin edildi

GÜNDƏM
15:35
13 Yanvar 2021
80

Baş prokuror Kamran Əliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Ağstafa rayon icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə yeni vəzifə verib.

Sabah.az xəbər verir ki, R.Quliyev baş prokuror Kamran Əliyevin əmri ilə Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Ramal Quliyev atasının həbsindən sonra, ötən ilin mayında öz ərizəsi ilə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilmişdi.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev N.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri unikal.org saytı yayıb.

Xəbər lenti