“Liverpul” cari mövsümdə ilk dəfə uduzdu - Video

İDMAN
00:46
1 Mart 2020
78

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Sabah.az xəbər verir ki, lider “Liverpul” bu turda “Uotford” səfərinə yollanıb.

“Qırmızılar”ın son sıralarda qərarlaşan rəqibi ilə oyunda da asan qələbə qazanacağı proqnozlaşdırılırdı. Lakin bunun tam əksi olub. Belə ki, Yurgen Kloppun komandası bu meydanı böyük hesablı məğlubiyyətlə tərk edib - 0:3.

Qeyd edək ki, “Liverpul” 79 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Liderin ən yaxın təqibçisi 57 xala sahib olan “Mançester Siti” klubudur.

Xəbər lenti