Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Koronavirusun yeni növünə yoluxan Ermənistan prezidenti Armen Sarkisyan ikitərəfli sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sabah.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan ölkə prezidenti xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Londonda ayağından əməliyyat olunan Armen Sarkisyanda koronavirusun yeni ştammı yanvarın ilk həftəsində aşkarlanıb.
Daha çox