Bakıda sığınacağın əməkdaşı döyüldü - Foto
16:25
12 Yanvar 2021
53"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə hücum edilib.
Sabah.az xəbər verir ki, bu barədə sığınacağın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd edilib ki, həmin sığınacaqda yerləşdirilən bir qadının qohumları - əri Habil Primov, qayınanası Saniyyət Primova və baldızı Xəyalə ora gələrək mübahisə ediblər. İddiaya görə, adıçəkilən şəxslər sığınacağın qadın əməkdaşı Elnurə Zeynalovanı döyərək xəsarət yetiriblər.
Hadisə ilə bağlı DİN-ə müraciət edilib, ərazi üzrə polis bölməsinin əməkdaşları sığınacağa cəlb edilib.

Daha çox