Gizli işləyən çayxana aşkarlandı

ÖLKƏ
15:43
12 Yanvar 2021
31

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi-Bəhruz Həsənov və müştərilər - Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Xəbər lenti