Votsap Feysbukun istifadəçi mesajlarını görməyəcəyini açıqladı

GÜNDƏM
14:41
12 Yanvar 2021
72

Votsap messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan Feysbuk şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

Sabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə messencerin rəhbərliyi öz Tvitter hesabında məlumat yayıb.

"Votsap və Feysbuk şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir. Votsap kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. Votsap əlaqə siyahınızı Feysbuk ilə paylaşmır. Vatsapdakı qrup söhbətləri gizli qalır", - məlumatda deyilir.

Bundan əvvəl Votsap istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi Feysbukla məlumat paylaşmağı məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.

Xəbər lenti