Mağazadan 22 min oğurluq edən şəxs tutuldu

XƏBƏR
11:51
12 Yanvar 2021
71

Sumqayıt şəhərində mağazada oğurluq hadisəsi baş verib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, Şəhər Polis İdarəsi  3-cü Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da şəhər ərazisindəki mağazaların birindən 5500 manat və 10 000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

Xəbər lenti