"Məcnun" kafesinin sahibi 4 min manat cərimələndi

ÖLKƏ
10:22
12 Yanvar 2021
81

Bakının Sabunçu rayonunda "Məcnun" kafesinin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi aşkar edilib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Məcnun" kafesini aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb. Ora baxış zamanı kafenin sahibi vətəndaş Firdovsi Quliyev və daha 8 müştəri saxlanılaraq ərazi üzrə Polis Bölməsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə onun barəsində də İnzibati Protokol tərtib edilib və obyekt sahibi 4000 manat miqdarında cərimə olunub.

Xəbər lenti