Hadrutda daha 10 erməni hərbçinin cəsədi tapıldı

GÜNDƏM
09:55
12 Yanvar 2021
97

Yanvarın 11-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 10 erməni hərbçinin meyiti Hadrut ərazisində tapılıb.

Sabah.az xəbər verir ki, bu barədə “armeniasputnik” məlumat yayıb.

Axtarışların Hadrut və Cəbrayıl istiqamətlərində aparıldığı, axtarış prosesində xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.

Xəbər lenti