Ceyhun Bayramov Pakistana gedəcək

ÖLKƏ
16:14
11 Yanvar 2021
52

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

Sabah.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan, Türkiyə və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti