Moskvada üçtərəfli görüş başladı - Video

GÜNDƏM
15:12
11 Yanvar 2021
69

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Sabah.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər üç ölkə liderlərinin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ bəyanatının icrasını nəzərdən keçirməyi və bölgədəki problemlərin həlli üçün gələcək addımları müzakirə etməyi planlaşdırırlar.

Həmçinin döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardım göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacağı gözlənilir.

Qeyd olunub ki, bu, Putinin 2021-ci ildəki ilk beynəlxalq görüşüdür.

Xatırladaq ki, Rusiya Federasiyası Prezident Administrasiyasının Mətbuat xidməti yanvarın 10-da Putinin təşəbbüsü ilə danışıqların aparılmasına qərar verildiyini açıqlamışdı.

Xəbər lenti

14:31 22 Yanvar 2021
13:45 22 Yanvar 2021
17:05 21 Yanvar 2021
13:44 21 Yanvar 2021
12:41 21 Yanvar 2021